Şahin Sultanov yenidən məhkəmə qarşısında

Şahin Sultanov yenidən məhkəmə qarşısında
Oxunma sayı: 1425

Bu gün Bakı Apellyasiya Məhkəməsində Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, vitse-admiral Şahin Sultanov və digərlərinin məhkəməsi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Elşad Şamayevin icraatında olan prosesdə vəkilləri Ş.Sultanov üçün bəraət hökmü istəyiblər.

Ş.Sultanov isə deyib ki, onun cinayət işinin istintaqını aparan Hərbi Prokurorluğun müstəntiqi Vüqar Məmmədli dələduzluğa görə həbs edilib və məhkəmədə şərti cəza alıb.

Xatırladaq ki, Bakı Hərbi Məhkəməsi Ş.Sultanova və onunla birgə təqsirləndirilən Kazım Əsgərova şərti cəza verib.
Qeyd edək ki, V.Məmmədli 2015-cı ildə HDQ-nin yanacaq xidmətinin sabiq rəisi, hazırda həbsdə olan polkovnik-leytenant Kazım Əsgərovun müraciəti əsasında tutduğu vəzifədən kənarlaşdırılmaqla, barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi