Şahin Sultanovun həbs etdirdiyi hüquq müdafiəçisi azadlıqda

sahin-sultanovun-hebs-etdirdiyi-huquq-mudafiecisi-azadliqda
Oxunma sayı: 2423

 

Bəxtiyar Məmmədov ötən il fevralın 27-də 8 il müddətinə azadlıqda məhrum edilib. 

Mətbuat iddia edirdi ki, hüquq müdafiəçisi Hərbi-Dəniz Qüvvələrinin sabiq komandiri, vitse-admiral, hazırda həbsdə olan Şahin Sultanovun şifarişi ilə həbs olunub. 

İstintaq məlumatlarına görə, o, vitse-admiralı nüfuzdan salan sənədlər yaymaqla hədələyərək, HDQ komandanından 18 min avro tələb etməkdə ittiham edilirdi. Ona qarşı Azərbaycan CM-in 182.3 (Güc tətbiq etməklə pul tələb etmək) və 178.1 (Fırıldaqçılıq) maddələri ilə ittiham irəli sürülmüşdü. 

Qeyd edək ki, Bəxtiyar Məmmədov "Amnesty İnternational" və Azərbaycan Hüquq-Müdafiə təşkilatlarının monitorinq qrupunun təqdim etdiyi məhbus siyahılarında adı keçən şəxslərdəndir.