Şahin Zəkizadənin ölümü təsdiqləndi - Yenilənib

Şahin Zəkizadənin ölümü təsdiqləndi
Oxunma sayı: 19100

Qan xərçəngindən əziyyət çəkən rejissor Şahin Zəkizadə vəfat edib.

Qafqazinfo” xəbər verir ki, o, müalicə olunduğu Tədris Terapevtik Klinikasında keçinib. Rejissorun xanımı Səbinə Zəkizadə xəbəri “Qafqazinfo”ya təsdiqləyib. 

O, bildirib ki, rejissorun dəfn mərasimi Yeni Yasamal qəbiristanlığında olacaq. 

Qeyd edək ki, Şahin Zəkizadə 6 aydır ki, xəstəliyi ilə mübarizə aparır. 

***

Xanımı Səbinə Zəkizadə “Qafqazinfo”ilə ikinci dəfə əlaqə saxlayaraq yanlış məlumat verdiyini bildirib.

O, qeyd edib ki, bu məlumatı yayandan sonra həkimlər bildirib ki, Şahin hələ yaşayır.

***

"Bir neçə gün əvvəl komaya düşən tanınmış rejissor Şahin Zəkizadənin vəziyyəti ağırdır". Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris terapevtik klinikasının Baş həkimi Adil Nuriyev ASAN Radioya məlumat verib.

***

Rejissor Şahin Zəkizadənin öldüyünü APA-ya Ş. Zəkizadənin xalası oğlu Aqil Adiloğlu təsdiqləyib. O, bildirib ki, Ş. Zəkizadə sabah Maştağada yerləşən “Seyidlər” qəbiristanlığında dəfn olunacaq.

 

 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi