Şahin Zəkizadənin xanımı Türkiyəyə köçdü

sahin-zekizadenin-xanimi-turkiyeye-kocdu
Oxunma sayı: 5680

Xərçəngdən dünyasını dəyişən Şahin Zəkizadənin ailəsi Azərbaycandan köçüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə mərhum rejissorun xanımı Səbinə Zəkizadə instaqram səhifəsində məlumat yayıb. 

O, bundan sonra Türkiyədə yaşayacaq: Göydən 3 alma düşdü: biri sənin, bir mənim, biri də nağıl danışanın. Əli balam, bizim də nağılımız burada bitir. Əlvida mənim gözəl Bakım, vətənim. Çox şeylərdən, ətrafdakıların düşüncələrindən yoruldum. Övladımla birlikdə hər kəsdən uzaq yaşamaq istəyirəm.

Yeni həyata başlamaq lazımdır. Çox şükür, balam var və ona baxıb xoşbəxt oluram. Amma bir qadın kimi mənim də haqqımdır xoşbəxt olmaq. Qəlbimdəki acı hər zaman mənimlədir. Lazım olanda nə qohum, nə də dostlarım yanımda olmadılar”.