“Şahinlər”i yola saldılar

sahinleri-yola-saldilar
Oxunma sayı: 651

Məktəblilərin yay istirahətinin səmərəli və yaddaqalan təşkili ilə bağlı avqust ayının 1-də Səbail rayon İcra Hakimiyyətinin təşəbbüsü, Quba rayon İcra Hakimiyyəti, DİN Daxili Qoşunlar Komandanlığı və “Çağ” Öyrətim Şirkətinin birgə layihəsi əsasında təşkil olunan rayonun Qababağ müharibəsi əlilləri və veteranlarının, aztəminatlı və imkansız ailələrin uşaqları, təhsildə fərqlənən şagirdlər, həmçinin «SOS-Azərbaycan» uşaq kəndində tərbiyə alan, ümumilikdə 200 nəfər yeniyetmə üçün Quba şəhərinin ən mənzərəli yerində yerləşən Bakı Türk Liseyinin Quba filialının bazasında yaradılmış hərbi-vətənpərvərlik təmayüllü, artıq ənənəvi olan və 6-cı dəfə keçirilən «Şahinlər» yay istirahət düşərgəsinə yola salınma mərasimi keçirilib.

Tədbir Daxili Qoşunların hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanıb. Səbail rayon rəhbərliyi, DİN Daxili Qoşunlar Komandanlığının, düşərgəyə yollanan yeniyetmələrin, onların valideynlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda təşkil olunan yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən, bu layihənin həyata keçməsi üçün görülən işlərdən danışmış, uşaqlara şən və yaddaqalan istirahət arzulayıb. Qeyd olunub ki, düşərgənin fəaliyyəti Səbail RİH və layihədə iştirak edən təşkilatçıların diqqət mərkəzində olacaq, burada istirahət üçün hər cür şərait yaradılacaq.