Şahmat millimiz DÇ-də 7-ci oldu

sahmat-millimiz-dc-de-7-ci-oldu
Oxunma sayı: 799

Qazaxıstanın paytaxtı Astanada keçirilən şahmat üzrə komandalararası dünya çempionatına yekun vurulub. “Qafqazinfo” xəbər verir ki, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX - sonuncu turda Misirə qalib gəlib.

Həmçinin Rusiya, ABŞ, Çin və İngiltərə də turu qalibiyyətlə başa vurub. Beləliklə, Rusiya 16 xakka dünya çempionluğunu qazanıb. İngiltərə 2-ci, Çin isə 3-cü yeri tutub. Yarışı 8 xalla tamamlayan Azərbaycan yığması İranla xallarının sayını bərabərləşdirsə də, əlavə göstəricilərdə ondan geri qalıb və 7-ci olub.

IX tur

İngiltərə - İsveç - 3,5:0,5

Qazaxıstan - Çin - 1,5:2,5

Azərbaycan - Misir - 2,5:1,5

ABŞ - İran - 3:1

Rusiya - Hindistan - 2,5:1,5

Turnir cədvəli: 1. Rusiya - 16 xal; 2. İngiltərə - 13; 3. Çin - 12; 4. Hindistan, 5. ABŞ - 11; 6. İran, 7. Azərbaycan - 8, 8. Qazaxıstan, 9. İsveç - 4, 10. Misir - 3.