Şahmat millimizdən növbəti qələbə - İkinci pilləyə yüksəldik

sahmat-millimizden-novbeti-qelebe
Oxunma sayı: 1285

Yunanıstanın Krit şəhərində davam edən şahmat üzrə Avropa komanda çempionatında 7-ci turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan şahmat millisinin bu turdakı rəqibi turnirdə ikinci pillədə olan Macarıstan kollektivi olub.

Şahmatçılarımız gərgin keçən matçdan 3-1 qalib ayrılmağı bacarıb. Arkadi Naydiç və Rauf Məmmədov rəqiblərini məğlub ediblər. Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov isə keçirdiyi oyunlardan bərabərliklə ayrılıblar.

Beləliklə, xallarını 11-ə yüksəldən komandamız 10 xala malik Macarıstanı geridə qoyaraq, 2-ci pilləyə qalxıb.

Millimizin növbəti rəqibi 12 xalla lider olan Rusiya şahmatçıları olacaq.