Şahzadə 27 gündür hardadır? - Silah səslərindən sonra görünmür

Şahzadə 27 gündür hardadır?
Oxunma sayı: 1481

21 apreldə Səudiyyə Ərəbistanında kral sarayının yaxınlığında silah səsləri eşidiləndən sonra vəliəhd şahzadə Məhəmməd bin Salmandan xəbər yoxdur.

“Qafqazinfo” xəbər verir ki, tez-tez açıqlamalar verməyi sevən və daim gündəmd olan Məhəmməd bin Salman ABŞ-ın yeni dövlət katibi Mayk Pompeonun Ərəbistana səfəri zamanı kameralara tuş gəlməyib.

“Fars” xəbər agentliyi şahzadənin uzun müddətdir mediada görünməməsinin onun səhhəti ilə bağlı problemlərinin olması iddiasını gücləndirdiyini yazıb. Vəliəhdin səhhətində problem olması iddialarına isə kral sarayından hələlik münasibət bildirilməyib.

Qeyd edək ki, 21 apreldə silah səslərinin eşidilməsi saraya hücum və inqilaba cəhd xəbəri kimi yayılmışdı. Lakin, daha sonra S.Ərəbistanı hökuməti bölgədə icazəsiz uçuş edən dronun vurulduğunu açıqlamışdı. Həmin hadisə zamanı şahzadə saraydan çıxarılaraq hərbi bazaya aparılmışdı.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi