Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid bin Talal bin Əbdüləziz əl-Səud 32 milyard dollarlıq varidatını xeyriyyə məqsədilə xərcləyəcək.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, “Forbes”in 2015-ci ildə dünyanın ən zəngin insanı elan etdiyi şahzadə “Bütün sərvətim xeyriyyəyə sərf olunacaq. Artıq gəlirlərimin mühüm hissəsi bu məqsədlə xərclənir” deyib.
Qeyd edək ki, Əl-Valid “Apple”, “Twitter”, “Citibank”, “Four Seasons” və digər layihələrə investisiya yatırıb.