Şahzadə Diananın üzüyü gəlininə verildi - Fotolar

sahzade-diananin-uzuyu-gelinine-verildi
Oxunma sayı: 5117

Xəbər veridiyimiz kimi, İngiltərə şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın dünən dəbdəbəli toy mərasimi baş tutub.

“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, toydan sonra cütlüyün ailə üzvləri və yaxın dostlarının iştirakı ilə şənlik keçirilib.

Meqan “Stella McCartney” imzalı ağ rəngli və sadə libasda, “Aquazurra” brendinə məxsus tuflidə görüntülənib.

Diqqət çəkən məqam isə aktrisanın barmağında mərhum qayınanası şahzadə Dianaya məxsus yaqut və brilliantla bəzədilmiş üzüyün olması olub. 

Qeyd olunur ki, 1997-ci ildə Diananın ölümündən sonra onun bu üzüyü oğlu Harriyə qalıb. Gənc şahzadə üzüyü xanımına toy günü hədiyyə edib. 

Sosial şəbəkə istifadəçiləri Meqanın şənlikdə geyindiyi libası vaxtilə Diananın geyindiyi libas əsasında tikdirdiyini iddia ediblər.

Məlumat üçün bildirək ki, şahzadə Diananın böyük oğlu Uilyam isə həyat yoldaşı Keyt Midltona anasından qalma mavi sapfirli üzüyü hədiyyə edib.