Şahzadə ilə nişanlandı - Rolu əlindən alındı

Şahzadə ilə nişanlandı
Oxunma sayı: 2307

Amerikalı aktrisa Meqan Marklın “Ceyms Bond” filmində çəkilmək şansını itirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə SUN qəzeti məlumat yayıb.

Məlumata əsasən, aktrisa filmdə Ceyms Bondun sevgilisi roluna namizəd idi. Ancaq aktrisanın Böyük Britaniya şahzadəsi Harri ilə nişanlanması bu imkanı onun əlindən alıb.

Xatırladaq ki, cütlük noyabrın 27-də nişanlanıb. Onların toyu növbəti ilin mayında baş tutacaq.

Qeyd edək ki, sayca 25-ci olan “Bond” filminin  təqdimatı 2019-cu ilə planlaşdırılır.




Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi