“Şahzadə Kaşıkçının ölüm əmrini verməyib” - Səudiyyəli nazir

“Şahzadə Kaşıkçının ölüm əmrini verməyib”
Oxunma sayı: 1124

“Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman jurnalist Camal Kaşıkçının öldürülməsi əmrini verməyib”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri xarici işlər üzrə dövlət naziri Adel əl Cübeyr deyib:

“Camal Kaşıkçının ölümü böyük faciə idi. Bu səhv idi və öz səlahiyyətləri xaricində hərəkət edən səudiyyəli rəsmilər tərəfindən törədilmişdi.  Vəliəhd şahzadənin bununla hər hansı əlaqəsi yoxdur”.

Kaşıkçının cəsədinin harda olması ilə bağlı suala cavab olaraq nazir bunu bilmədiyini deyib. Nazir jurnalistin yerini təkcə qatillərin bildiyini və onların dindirilməsinin davam etdiyini əlavə edib.

 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi