Şahzadə Kristina vəfat etdi

sahzade-kristina-vefat-etdi
Oxunma sayı: 1872

Niderland kral ailəsi şahzadə Kristinanı itirib. “Qafqazinfo” “TASS”a istinadən bildirir ki, kral Vilhelm-Aleksanderin 71 yaşlı xalası Haaqa şəhərində Nordeynd sarayında dünyasını dəyişib.

Kristianın vəfatı haqda məlumatı ölkə hakimiyyətinin mətbuat xidməti yayıb.

“Əziz bacı və xalamızın vəfatından çox kədərlənmişik. Kristina açıq ürəkli gözəl insan idi”, - məlumatda qeyd edilib.

Şahzadə son illər sümük xərçəngi xəstəliyindən əziyyət çəkirmiş. Kristina ilə vida mərasimi Nordeynd sarayında qapalı formatda keçiriləcək.