Şahzadə məzarının həyat yoldaşının yanında olmasını istəməyib - Cəsədi yandırılacaq

sahzade-mezarinin-heyat-yoldasinin-yaninda-olmasini-istemeyib
Oxunma sayı: 1782

13 fevralda vəfat edən Danimarka kraliçası 2-ci Margrethe ilə evli olan fransız əsilli şahzadə Henrikin vəsiyyəti açıqlanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 84 yaşlı şahzadə cəsədinin yandırılmasını vəsiyyət edibmiş. Bu, kral ailəsinin ənənəsinin pozulması kimi qiymətləndirilib.

Məlumata görə, Henrik ona kral ünvanı verməyən həyat yoldaşından incidiyi üçün ənənəni pozub və cəsədinin gələcəkdə həyat yoldaşının yanında olmasını istəməyib.

Onun cəsədinin küllərinin bir hissəsi Danimarka dənizlərinə, digər hissəsi isə yaşadığı “Fredensborq Sarayı”nın bağçasına basdırılacaq.

20 fevralda şahzadə ilə vida mərasimi keçiriləcək.

Qeyd edək ki, əsl adı Kont Henri Marie Jean Andre olan şahzadə 1934-cü ildə doğulub. O, 1967-ci ildə kraliça 2-ci Marqrethe ilə evləndikdən sonra şahzadə Henrik ünvanını alıb.