Şahzadə ölmədiyini bu foto ilə bildirdi

sahzade-olmediyini-bu-foto-ile-bildirdi
Oxunma sayı: 1743

İran mediası tərəfindən öldürüldüyü iddia edilən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman sağdır.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şahzadənin ofis müdiri Bədr əl-Əsakir ölüm xəbərinə cavab olaraq Tvitterdə onun fotosunu paylaşıb:

“Bir neçə gün əvvəl Misir prezidenti Əbdülfəttah əs-Sisinin ev sahibliyi ilə keçirilən dostluq görüşü davam edir”.

Şəkildə bin Salman əllərini Bəhreyn kralı Hamed bin İsa əl Xəlifə ilə Misir prezidenti Sisinin çiyinlərinə qoyub. 

Xatırladaq ki, bin Salmanın aprelin 21-də inqilaba cəhd etdiyinə görə öldürüldüyü iddia edilirdi. 

Nuranə