Şahzadə Səudiyyə Ərəbistanında çevriliş etməyə çağırdı

sahzade-seudiyye-erebistaninda-cevrilis-etmeye-cagirdi
Oxunma sayı: 1969

Ötən ay Səudiyyə Ərəbistanında kral sarayı yaxınlığında eşidilən silah səslərindən sonra ölkədə gərginlik davam edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, müxalif şahzadə Xalid bin Fərhan çevriliş etmək üçün şahzadə Əhməd bin Əbdüləziz və şahzadə Mukrin bin Əbdüləzizə çağırış edib.

Kral ailəsində rəsmi vəzifəyə sahib olmayan və müxalif düşüncələrinə görə 2013-cü ildə Almaniyadan siyasi sığınacaq alaraq ölkədən gedən Xalid bin Fərhan bunları deyib:

“İctimai və siyasi səhnəyə baxdığımızda kral Salmanı gündəmdə görmürük. Onun stabil olmayan və axmaq idarəediciliyi səbəbindən ölkə geri dönüşü olmayan nöqtəyə doğru gedir. Çevriliş edərək krallığı xilas edin”.