Şahzadə telefonunu əlinə alıb himni qulaqardına vurdu - Fotolar

sahzade-telefonunu-eline-alib-himni-qulaqardina-vurdu
Oxunma sayı: 1856

Belçika şahzadəsi Loranın hərbi paradda dövlət himni səsləndirilərkən messenger tətbiqinə qoşularaq kiməsə zəng etməsi ciddi müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun “Daily Mail” nəşrinə istinadən verdiyi xəbərə görə, insident 21 iyulda Belçikanın azadlığının 188 illiyi münasibətilə keçirilən tədbirdə baş verib.

Mərasimdə Loranın qardaşı, kral Filipp də daxil olmaqla kral ailəsinin digər nümayəndələri də iştirak edib.

Tədbirə hərbi formada qatılan 55 yaşlı şahzadə himn ifa olunar-olunmaz mobil telefonunu əlinə alaraq zəng edib. Lakin o, həyat yoldaşının xəbərdarlığından sonra telefonunu cibinə qoyub.

Nəşr yazır ki, bu, şahzadə Loranın iştirakı ilə baş vermiş artıq üçüncü analoji hadisədir. Hətta o, 2014-cü ildə tədbir zamanı yuxulayıb.