Şahzadə tətilə 300 çamadanla getdi - Foto

sahzade-tetile-300-camadanla-getdi
Oxunma sayı: 634

Səudiyyə Ərəbistanın vəliəhdi Əl Vəlid Bin Tallal Bin Abdüləziz Əl Səud və ailəsi 300 çamadanla Bodruma tətilə getməsi marağa səbəb olub

“Qafqazinfo” xəbər verir ki, çamadanlar çox olduğu üçün hava limanına yük maşını çağırılıb. Özəl təyyarə ilə Bodruma gələn kral ailəsi daha sonra xüsusi mühafizə heyəti ilə qalacaqları otelə yollanıb.

32 milyard dollar sərvəti olan vəliəhd əvvəlcə Mübariz Mənsimovun “Palmarine” otelində dostlarını ziyarət edib. Daha sonra isə Cənnətkoyda lüks bir oteldə gecələyib. 300 çamadanlıq şəxsi əşyalar və 30 velosiped də elə oraya nəql olunub.

Qeyd edək ki, iş adamının 1 təyyarə əşyasının isə əvvəlcədən gəldiyi deyilir.