Şahzadə titulundan imtina edəcək - Sevdiyi oğlana görə

sahzade-titulundan-imtina-edecek
Oxunma sayı: 1235

Yapon imperatorunun nəvəsi Mako Akisino sevdiyi oğlanla evlənmək üçün titulundan imtina edir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşlı şahzadə Mako hələ 5 il əvvəl restoranda tanış olduğu oğlanla evlənmək niyyətindədir. Makonun sevgilisi imperator ailəsinə daxil deyil, üstəlik varlı olmayan ailədəndir. Key Komuro turizm sahəsində promouter olaraq çalışır. Çütlüyün toyu gələn il olacaq.

Beləliklə də, Mako qaydalara uyğun olaraq taxtın varisi ola bilməyəcək. O, şahzadə titulunu itirməli olsa da, toyu imperator ənənələrinə uyğun təşkil ediləcək. ࠡ