Şahzadələr milyardları qarşılığında azadlığı seçdilər

sahzadeler-milyardlari-qarsiliginda-azadligi-secdiler
Oxunma sayı: 2572

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə polis nəzarətində saxlanılan şahzadələr hökumətlə razılığa gediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Səudiyyənin vəliəhdi Muhammed bin Salman amerikalı jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, saxlanılanların 95 faizi istintaq materialları ilə tanış olduqdan sonra bu addımı atıblar. Təkcə 1 faizi günahsızlığını sübut edə bilib və həmin şəxslər azadlığa buraxılıblar. 

Qeyd edək ki, daha əvvəl mətbuatda saxlanılan 40-a yaxın ölkə elitasına Amerikanın özəl hərbi şirkəti olan Academi vasitəsilə işgəncə tətbiq edildiyini dair xəbərlər yer almışdı.