Şahzadələrə milyardları qarşılığında azadlıq təklif olundu

sahzadelere-milyardlari-qarsiliginda-azadliq-teklif-olundu
Oxunma sayı: 2131

Səudiyyə Ərəbistanında korrupsiya ittihamı ilə saxlanılan kral ailəsinin üzvlərinə azadlığa buraxılmaları üçün təklif irəli sürülüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sərvətlərinin bir hissəsini hökumətə verəcəkləri təqdirdə şahzadələr azadlığa buraxılacaqlar. 

Beləliklə də, hakimiyyət dövlət xəzinəsini yüz milyard dollarlar hesabına doldurmağı planlaşdırır. 

Artıq Ritz otelində saxlanılan şahzadələrlə bu istiqamətdə danışıqlar aparılır. 

Financial Timesin yazdığına görəı, saxlanılan milyarderlərdən birinə korrupsiya fəaliyyətindən dövlətə dəyən zərəri qarşılaması üçün sərvətinin 70 faizini təhvil verməsini təklif ediblər.