Şahzadələrin saxlanıldığı oteldən ilk görüntülər - Video

sahzadelerin-saxlanildigi-otelden-ilk-goruntuler
Oxunma sayı: 3518

Səudiyyə Ərəbistanında antikorrupsiya əməliyyatı çərçivəsində 11-i şahzadə, 4-ü nazir olmaqla 38 nəfərin saxlanıldığı oteldən görüntülər yayılıb.

“Qafqazinfo” xəbər verir ki, sosial mediada yayılan görüntülərin paytaxt Riyadda yerləşən Ritz Carlton otelindən çəkildiyi iddia edilir. 

Fotolarda polis nəzarətində saxlanılanların otelin zalında yerdə uzandıqları əks olunub. 

Saxlanılan şübhəlilərin əmlakları da müsadirə olunub. Baş Prokurorluq bu prosesi “birinci dalğa” adlandıraraq növbəti əməliyyatların da olacağının elanını verib. Siyahıda 500 nəfərin daha olduğu bildirilir.