Şahzadənin arvadının öldüyü qəzanın səbəbi bilindi

sahzadenin-arvadinin-olduyu-qezanin-sebebi-bilindi
Oxunma sayı: 1853

Kamboca şahzadəsi Norodom Ranaritin düşdüyü qəzanın səbəbi məlum olub.  

“Qafqazinfo”  xarici KİV-ə istinadən xəbər verir ki, bazar günü Kamponqsaom əyalətində baş vermiş yol hadisəsi taksi sürücüsünün sürət həddini aşması səbəbindən olub. Belə ki, sürücü qabaqdakı maşını ötmək istəyərkən şahzadənin olduğu maşına çırpılıb. Bildirilir ki, artıq sürücü həbs edilib.

Qeyd edək ki, qəza zamanı şahzadə Norodom Ranaritin həyat yoldaşı Ouk Pxalla dünyasını dəyişib.

Aysel Kərimova