Şahzadənin həyatı nağıllardakı kimi getmir- - Fotolar

sahzadenin-heyati-nagillardaki-kimi-getmir-
Oxunma sayı: 3023


“Qafqazinfo” xəbər verir ki, bu iddia ABŞ-da nəşr olunan “Star” jurnalında dərc edilib.

“Uilyamın həyatı nağıllardakı kimi getmir. Arvadı bütün vaxtını və marağını kiçik Corca yönəltdiyi üçün şahzadə nə edəcəyini bilməz haldadır. Körpələrinin baxımında arvadına əlindən gələn qədər kömək edən şahzadə artıq vəzifəsinə dönüb”. 

 Jurnalın ailəyə yaxın qaynaqdan aldığı məlumata görə,  Uilyam oğlu ilə çox xoşbəxtdir. Körpənin bezini dəyişdirməyi belə öyrənib. Amma sonunda bu işi qadınlara buraxıb işinin başına dönməli olub. Görünür problemlərdə bundan sonra başlayıb.

Belə ki, Keyt Midltonun özünü tək hiss etdiyi, tez-tez ağladığı və həyat coşqusunu itirdiyi söylənilir. Jurnal onun doğum sonrası depressiyasına girdiyini və vəzifəsi gərəyi hər zaman yanında ola bilməyən ərinin həsrətini çəkdiyini iddia edir.