Şahzadənin keçmiş sevgililəri toyda - Hər kəs onlardan danışır+ Fotolar

sahzadenin-kecmis-sevgilileri-toyda
Oxunma sayı: 6046

Xəbər verdiyimiz kimi, bu gün İngiltərə şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Markl ailə qurub.

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, toy mərasimində diqqət çəkən məqamlardan biri Harrinin keçmiş sevgililəri – Çelsi Deyvi ilə Kressida Bonasın da iştirak etməsi olub. Gənc xanımların mərasimdə iştirakı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Çelsi Deyvi şahzadənin  ilk “rəsmi” sevgilisi hesab olunur. Onlar məktəbdə oxuduqları zaman tanış olublar. Lakin təhsil seçimlərinə görə ayrılmalı olublar. Belə ki, Çelsi təhsil almaq üçün Cənubi Afrika Respublikasına (CAR) getməli olub. Harri isə Böyük Britaniyada qalıb. 

Henri ilə Çelsi 2004-2011-ci illərdə gah ayırılıb, gah barışsalar da münasibətlərini qorumağa çalışıblar. 

Deyvi sevgilisini bir çox rəsmi mərasimlərdə, eləcə də Keyt Midltonla Uilyamın toyunda  müşayiət edib. 

Onlar daha sonra ayrılsalar da, dostluq əlaqələrini saxlayıblar.

Kressida Bonas demək olar ki, Deyvidən sonra Henrinin həyatına daxil olub. Aktrisa və rəqqasə olan Bonasla Henri 2012-ci ildə sevgili olub, bu münasibət 2 il davam edib.

Birlikdə olduqları müddətdə əksər insan Kressidanın şahzadənin xanımı olacağını düşünürdü, lakin yola getməyən cütlük ayrıldı.