Şahzadənin qızlarına şərti cəza və 165 min avro cərimə

sahzadenin-qizlarina-serti-ceza-ve-165-min-avro-cerime
Oxunma sayı: 642

Brüssel məhkəməsi BƏƏ-dən olan şahzadənin qızları və həyat yoldaşını 165 min avro cərimələyib, həmçinin qiyabi olaraq 15 ay şərti həbs cəzasına məhkum edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar xidmətçilərinə qarşı insan ləyaqətini alçaldan davranış sərgiləməkdə ittiham olunublar. 

Söhbət şahzadənin ailəsinin xidmətində duran, müxtəlif millətlərdən olan  23 qadından gedir. Hadisə şahzadə ailəsinin 2007-2008-ci illərdə Brüssel mehmanxanası olan Conradda yaşadıqları zaman baş verib. 

Məhkəmə instansiyası hesab edib ki, ərəb şahzadəsinin ailəsi xadimələrlə qul kimi davranıb, onlara “it” deyə müraciət edib, həmçinin otel nömrələrində qapının ağzında yatızdırıb.