Şair Ədalət Əsgəroğlunun iki kitabı işıq üzü gördü

sair-edalet-esgeroglunun-iki-kitabi-isiq-uzu-gordu
Oxunma sayı: 709

“Qafqazinfo”nun məlumatına görə, “Ərgünəş” nəşriyyatında nəşr edilən “Xocam Xocalı!” kitabına müəllifin üç poeması və şeirləri daxil edilib.

Kitabda yer alan “Xocam Xocalı!” poeması Xocalı soyqırımının 20 illiyi münasibəti ilə qələmə alınıb. Əsərdə Xocalının metafizik obrazı yaradılıb, faciənin fərqli bədii həlli verilib. “Dərdimizin qan rəngi” poeması da Xocalı soyqırımına həsr olunub. Ədəbi tənqidin fikrincə, poemadakı Qan obrazı Azərbaycan poeziyası üçün yeni yanaşmadır. Kitabda yer alan digər bədii mətnlər- poema və şeirlər də müxtəlif problematik mövzulara həsr olunub.

Müəllifin “Mütərcim” nəşriyyatında işıq üzü görən "Aynasında buta" kitabına isə xalq ruhunda qələmə alınan qoşma və gəraylılar toplanıb.

Fevralın 21-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda hər iki kitabın təqdimat mərasimi keçiriləcək. Mərasimə şairin qələm dostları, ictimai xadimlər və media nümayəndələri dəvətlidir.