Şair YAP-dan istefa verdi

sair-yap-dan-istefa-verdi
Oxunma sayı: 647

O, 1990-1993-cü illərdə Qarabağ cəbhəsində döyüşüb. Cəbhədən qayıtdıqdan sonra sosial durumu ağır olduğu üçün Rusiyada işləməyə gedib. Böyük oğlu 1994-cü ildə Bakıda hərbi xidmət keçərkən aldığı güllə yarasından həlak olub. Sumqayıt Şəhər Hərbi Komissarlığı əvvəlki arayışda əsgərin hərbi xidmətini yerinə yetirərkən həlak olduğunu, ikinci arayışda isə vəfat etdiyini yazıb. Buna görə V.Şaiq oğlunun hansı səbəbdən dünyasını dəyişdiyini indiyə kimi müəyyən edə bilməyib.

İkinci oğlu Gəncədə yol qəzasında dünyasını dəyişib. Üçüncü oğlu isə bu ölümlərlə bağlı ruhi xəstəlik tapıb. Nəticə etibarilə yazarın ailəsi dağlıb. Bundan sonra ikinci dəfə evlənən Ş.Vəlinin üç övladı olub. İmkansızlıq üzündən məktəb yaşlı iki övladını məktəbə göndərə bilmir. Evi olmaması üzündən 3 uşağı ilə bacısının evində qalır, anasının təqaüdü, dostlarının maddi yardımları ilə həyatını yola verir. Məktəbli forması, dərsliklər baha olduğu üçün ala bilmir. Onun iki övladı bu il də məktəbə gedə bilməyəcək. Sosial yardım ala bilmək üçün müraciətlərinə cavab olaraq rüşvət verməsi tələb olunub. Ona görə də bundan da məhrum olunub.

O, üzvü olduğu Yazıçılar Birliyi rəhbərliyini də kəskin tənqid edib. Belə ki, uzun müddət ev növbəsində olan Ş.Vəli ev ala bilmir. AYB rəhbərliyi özünə yaxın şəxslərin problemlərini həll edir. O, AYB rəhbərlyini həm də qurumun balansında olan redaksiyaları, yaradıcılıq evlərini ayrı-ayrı şirkətlərə satmaqda ittiham edib.