Şairənin evindən 2500 manat oğurlandı

sairenin-evinden-2500-manat-ogurlandi
Oxunma sayı: 1154


Sentyabrın 3-ü saat 03:20 radələrində Cəlilabad rayon sakini Mirzəsəfyar Əkbərov Bakı Beynalxalq Avtovağzalından Cəlilabad rayonuna getmək üçün «Lifan» markalı avtomaşına minib, 20 Yanvar küçəsində siqaret almaq üçün avtomobildən düşüb. Bu zaman sürücü və yanında olan şəxslə birlikdə avtomaşını sürərək ona məxsus içərisində mobil telefon, 30 min rubl və geyim əşyaları olan əl çantasını aparıblar. Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinən sürücü Bakı şəhər sakini Ramin Abdullayev və Xaçmaz rayon sakini Fərhad Müseyibov tutulublar. 

Sentyabrın 3-ü saat 23:20 radələrində Nərimanov rayonu Z.Bünyadov prospektində Abşeron rayon sakini Kamran Şıxıyev idarə etdiyi «Kamaz» markalı avtomobillə Bakı şəhər sakini Məlahət Quliyevanı vurub, o, xəsarətlə KTM-ya daxil olub və orada ölüb. 

Sentyabrın 2-də Binə qəsəbəsində naməlum şəxs qəsəbə sakini Fəxri Əhmədova bıçaq xəsarəti yetirib və o, 3 saylı xəstəxanaya yerləşdirilib. Xəzər RPİ CAŞ və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şərur rayon sakini Sənan Tahirov tutulub. 

İyulun 24-də Balaxanı qəsəbəsi II Mədən küçəsində yaşayan Asim Paşayevin evindən qıfılı sındırma yolu ilə 1000 manat və avqustun 28-də Balaxanı qəsəbəsi P.Məmmədov küçəsində yaşayan Şairə Fərziyevanın evindən pəncərədən keçmə yolu ilə 2500 manat və qızıl zinət əşyaları oğurlanıb. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Oleq Jukovskiy və Rəhman Şıxəliyev tutulub. Onların üzərinə keçirilən baxış zamanı O.Jukovskidən 12, R.Şıxəliyevdən isə 14 qramdan artıq marixuana aşkar edilib.