Sakinlər məktəb direktorunu qovdular- - Saatlıda qalmaqal

sakinler-mekteb-direktorunu-qovdular-
Oxunma sayı: 6193


Buna etiraz edən kənd camaatı orta məktəbi mühasirəyə alaraq, yeni təyin olunmuş məktəb direktorunu qovublar. Məktəbə isə heç kəsi buraxmayıblar. Etirazçılar təhsilin aşağı səviyyədə olduğunu əsas gətirərək, layiqli bir şəxsin məktəb direktoru təyin olunmasını tələb ediblər.

“Qafqazinfo” xəbər verir ki, Məzrəli kəndində orta məktəblə bağlı baş verən hadisələr haqqında musavat.com-a sakinlərdən biri geniş məlumat verib: “Məzrəlidə təhsilin səviyyəsi sıfıra bərabərdir. İndiyə qədər məktəb direktoru olan şəxslərin heç biri müsbət işlər görməyib. Biz bununla bağlı rayonun Təhsil Şöbəsinə müraciət etdik. Lakin bizim müraciətə məhəl qoyan olmadı. 

İcra hakimiyyəti də susdu. Təxminən iki ay öncə vəzifəsindən azad olunan Nəzakət xanımın yerinə Təhsil Şöbəsində inspektor işləyən Zakir adlı şəxsi məktəbin direktoru təyin etdilər. Biz buna öz etirazımızı bildirdik. Onu məktəbdən qovduq. Həmin  vaxt məktəbə Təhsil Şöbəsinin nümayəndəsi Rövşən Bədəlov gəldi. Biz ona da öz iradlarımızı bildirdik. 

Mətbuatda Nəzakət xanıma görə aksiya keçirdiyimizi deyirlər. Bu, səhv məlumatdır. Onun özü də etirazçılar arasında idi. İki ay öncə Nəzakət xanımla bağlı məktəbdə narazılıq olmuşdu. Görünür, bununla əlaqələndirib, yazıblar”.