Sakinlər tələb etdi

sakinler-teleb-etdi
Oxunma sayı: 640

Sakinlərin sözlərinə görə, onlar xeyli vaxtdır ki, qaz üzünə həsrət qalıblar: “Artıq neçə müddətdir, bizim əraziyə qaz gəlmir. Baxmayaraq ki, ana xətt evimizizn yanından keçir, amma qaz gəlməsə ondan yaxşıdır. Aidiyyatlı orqanlara dəfələrlə müraciət etsək də, problemi həll edən tapılmır. Hər dəfə bir bəhanə gətirirlər. Dünəndən isə qazımızı birdəfəlik kəsdilər. Bu da bunların Ramazan bayramı hədiyyəsi”.

Məsələ ilə əlaqədar Xəzər Rayonunun Qaz İstismar İdarəsinin rəisi Hüseyn müəllimlə əlaqə saxlamağa çalışdıq. Lakin gün ərzində dəfələrlə zəng etməyimizə baxmayaraq rəisin telefonuna zəng çatmadı.

Mövzunu davam etdirəcəyik!

Nigar Məmmədli