Sakinlər yeniden Mosulu tərk edirlər - BMT

sakinler-yeniden-mosulu-terk-edirler
Oxunma sayı: 1312

İraqın Mosul şəhərinin əhalisi yenidən öz evlərini tərk etməyə başlayıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarik deyib.

O, sakinlərin qaçqın düşərgələrində məskunlaşmağa üstünlük verdiyini söyləyib.

“Şəhərin İŞİD terrorçularından azad edilməsindən 8 ay sonra sakinlər Mosulu yenidən tərk etməyə başlayıb”,-deyə Düjarik vurğulayıb.

Onun sözlərinə görə, hərbi əməliyyatlar səbəbindən 1 milyon sakin şəhəri tərk edib. İlin əvvəlindən başlayaraq gün ərzindən 100-200 insan İraq Kürdüstanının ərazisindəki düşərgələrə gəlir.