Sakinlərlə nümayişçilər arasında qarşıdurma

sakinlerle-numayisciler-arasinda-qarsidurma-
Oxunma sayı: 745


“Qafqazinfo” VOA-ya istinadən xəbər verir ki, qrupun bəzi üzvləri nümayişçilərin barikadalarını dağıtmağa cəhd göstərib. Taksi sürücüləri həmçinin həftələrlə etiraz nümayişi keçirən insanlara çığıraraq və siqnallara basaraq etirazlarını bildirib.

Polis barrikadaların bəzilərini qaldıraraq ərazini nəqliyyata açıb.

Etirazlar əksəriyyəti tələbələr olmaqla sentyabr ayının sonlarında başlayıb. Onlar şəhər rəhbərliyinin istefasına çağıraraq, Çin hökumətinin seçkilərə müdaxiləsini və namizədlər üzərində qadağanın qaldırılmasını tələb edir.

İcra hökumətinin rəhbəri Leunq Çun-yinq istefa verməyəcəyini bildirib.