Şakira həbs olunur?

sakira-hebs-olunur
Oxunma sayı: 2753

Kolombiyalı müğənni Şakiranın həbs olunacağı barədə xəbər yayılıb. “Qafqazinfo” xəbər verir ki, 40 yaşlı ifaçı vergidən yayınmaqda ittiham olunur. 

İspaniya vergi dairələri Şakiranın 2011-2014-cü illərdə maliyyə qeydlərinin yoxlanılmasını istəyib. Əsas dairə bu dövrdə sənətçinin İspaniyada yaşadığını, ölkə daxili gəlirlərlə yanaşı, xaricdən də qazandığı pullara görə vergi ödəməsinin qanuna uyğun olduğunu söyləyib. Bildirilir ki, pop ulduz bu əməllərinə görə həbs oluna bilər. 

Qeyd edək ki, ötən ilin sonunda müğənni Maltada musiqi hüquqlarını 40 milyon dollar satması barədə xəbər yayılmışdı.