Şakira ifadə verəcək

sakira-ifade-verecek
Oxunma sayı: 2382

Kolumbiyalı müğənni Şakiranın İspaniyada vergidən yayındığı iddia edilərək araşdırma aparılmağa başlayıb. “Qafqazinfo” xəbər verir ki, bu barədə Barselonadakı Esplugues və Llobregat məhkəmələri məlumat yayıb. 

Bildirilib ki, sənətçi 12 iyun tarixində ifadə vermək üçün məhkəməyə çağırılıb. İddialara görə, Şakira 14,5 milyon dollar miqdarında gəlir və əmlak vergisini ödəməyib. Bu səbəbdən İspaniya Baş Prokurorluğu müğənni haqqında cinayət işi açıb. 

Məlumat üçün bildirək ki, İspaniyada 6 aydan çox yaşayan şəxslər avtomatik olaraq vergi ödəyiciləri olurlar.

Qeyd edək ki, ispan futbolçu Jerar Pike ilə evli olan 41 yaşlı ifaçı 2011-ci ildən İspaniyada yaşayır.