Şakira vergidən qaça bilmədi

sakira-vergiden-qaca-bilmedi
Oxunma sayı: 1942

Dünya ulduzu Şakira İspaniya Vergi İdarəsinə 2011-ci ildən bəri 32 milyon dollar olan borcunu ödəyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə “El Periodico” qəzeti məlumat yayıb. 

41 yaşlı müğənni vergi borcunu və 3 il ərzində yığılan faizlərini ödəmək qərarına gəlib. 

Qeyd edək ki, bir müddət əvvəl Şakiranın həbs olunacağı barədə xəbər yayılmışdı. O, vergidən yayınmaqda ittiham olunurdu.