Şakiranın məhkəməsi oldu

sakiranin-mehkemesi-oldu
Oxunma sayı: 1185

Vergidən yayınmaqda günahlandırılan Şakiranın məhkəməsi baş tutub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, o, məhkəmə çıxışında mətbuat nümayəndələrindən yayınmağa çalışıb.

Bunun üçün 42 yaşlı ifaçı avtopark kirayələyib. Kolumbiyalı müğənninin vəkili vasitəsi ilə kirayələdiyi avtoparkın məhkəmənin binasına birbaşa çıxışı olub.

Qeyd edək ki, "Barselona"nın ulduz futbolçusu Jerar Pike ilə evli olan Şakiranın 14,5 milyon avro dəyərində vergidən yayındığı iddia olunur.