Sakit okeanda güclü zəlzələ olub

sakit-okeanda-guclu-zelzele-olub
Oxunma sayı: 1156

Sakit okeanda Mikroneziya dövlətinin sahillərində 6,6 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən  xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti xəbər verib.

Yeraltı təkanlar Kolonia şəhərindən 236 km şimal-şərqdə, 45 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barəsində məlumat yoxdur.