Salah DÇ-dən xalsız dönür, Uruqvay qrup lideri oldu - Fotolar

salah-dc-den-xalsiz-donur-uruqvay-qrup-lideri-oldu
Oxunma sayı: 4412

Dünya çempionatında qrup mərhələsinin 3-cü turuna start verilir. “Qafqazinfo” xəbər verir ki, turun ilk oyunları A qrupunda keçiriləcək.

Növbəti mərhələyə vəsiqəni qazanmış Rusiya və Uruqvay üz-üzə gələcəklər. Onlar aralarındakı oyunla qrup liderini müəyyənləşdirəcəklər.

Digər matçda isə qrupun autsayderləri Səudiyyə Ərəbistanla Misir qarşılaşacaq. Komandalar bu matçda qalib gəlməklə evə xalla yollanmaq istəyir.

Dünya çempionarı, 2018

A qrupu

Uruqvay – Rusiya

Səudiyyə Ərəbistan – Misir

***

Matçlar başladı

***

Uruqvay 10-cu dəqiqədə hesabı açır. Luis Suares 10-cu dəqiqədə fərqlənir. 

***

Salah 22-ci dəqiqədə Misiri önə keçir. 

***

Uruqvay isə 23-cü dəqiqədə ikinci qolu vurur. Dieqo Laksalt fərqlənir

***

36-cı dəqiqədə Smolnikov qırmızı vərəqə alaraq meydandan qovulur. 

***

Uruqvay - Rusiya oyununda fasilə

***

Səudiyyə Ərəbistan hesabı bərabərləşdirir. Əl-Fərəc Salman 45+4-də fərqlənir.  Matçda fasilə

***

Uruqvay - Rusiya oyununda ikinci hissə başladı

***

Səudiyyə Ərəbistan - Misir matçında ikinci hissə

***

Edinson Kavani Rusiyanın qapısından 3-cü topu keçirir. O, 90-cı dəqiqədə fərqlənir. 

***

Uruqvay Rusiyanı məğlub edərək qrup lideri olub. Matç başa çatdı

***

Səudiyyə Ərəbistan 90+4-cü dəqiqədə qol vuraraq Misiri məğlub edir. Matç bitir. Salem Davsari fərqlənir

***

Beləliklə A qrupunda qrup matçları başa çatır.