Salah ən yaxşı oyunçu seçildi

salah-en-yaxsi-oyuncu-secildi
Oxunma sayı: 1027

Böyük Britaniyanın BBC kanalı Afrikada 2017-ci ilin  ən yaxşı futbolçusunun adını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, qalibin adı kanalı saytında təşkil edilən səsvermə nəticəsində məlum olub. İlk pilləni Misir millisinin və “Liverpul”un hücumçusu Məhəmməd Salah tutaraq  ilin ən yaxşı oyunçusu adını qazanıb. O, səsvermədə  Sadio Mane (Seneqal, “Liverpul”), Pyer-Emerik Obameyanq (Qabon , “Borussiya” Dortmund), Nabi Keyta (Qvineya, “Leyptsiq”) və Viktor Mozesi (Nigeriya,“Çelsi”) qabaqlayıb.

Xatırldaq ki, M.Salah bu mövsüm “Liverpul”un heyətində 24 matçda 19 qol vurub, 6 qolun ötürməsini verib.