Salah finalda oruc tutacaq? - Baş məşqçidən açıqlama

salah-finalda-oruc-tutacaq
Oxunma sayı: 4067

Çempionlar Liqasının finalında “Real”la qarşılaşacaq “Liverpul”un ulduzu Məhəmməd Salah oyun günündə oruc tutmayacaq.

“Qafqazinfo” xəbər verir ki, bunu baş məşqçi Yurgen Klopp bu gün keçirilən mətbuat konfransında bildirib.

“Salahın dini əqidəsinə qarışa bilmərəm. Amma sabahkı matçın əhəmiyyətini dərk edir. Ona görə də o, sabah oruc tutmayacaq”, -deyə Klopp söyləyib.

Klubun fizioterapevti Ruben Pons isə Salahın dünən və bu gün də oruc tutmadığını qeyd edib.