Salah ilk oyuna hazırdır

salah-ilk-oyuna-hazirdir
Oxunma sayı: 1911

“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisinin DÇ-2018-in turu çərçivəsində Uruqvaya qarşı keçirəcəyi oyunda meydana çıxacaq. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Ektor Kuper məlumat verib.

O bildirib ki, ulduz futbolçu qarşılaşmaya yüz faiz hazır olacaq. 

Qeyd edək ki, Salah UEFA Çempionlar Liqasının final oyununda “Real”la matçda Serxio Ramosla toqquşmadan sonra zədələnmişdi.