İngiltərə Premyer Liqasında 31-ci turun oyunları davam edir.
“Qafqazinfo” xəbər verir ki, öz meydanında “Uotford”u qəbul edən “Liverpul” rəqibini darmadağın edib.
Məhəmməd Salahın 4 qol vurduğu matçda “Liverpul” 5-0 hesabı ilə qalib gəlib. Digər qolu isə Firmino vurub.
“Liverpul” bu qələbə sayəsində 3-cü pilləyə, qollarının sayını 28-ə çatdıran Salah isə bombardirlər siyahısında vahid liderliyə yüksəlib.
“Liverpul” - “Uotford” - 5:0
Qollar: Salah, 4, 43, 77, 85, Firimino, 50