Dünya çempionatında günə Rusiya – Misir oyunu ilə yekun vurulacaq.
“Qafqazinfo” xəbər verir ki, bu qarşılaşma ilə mundialda qrup mərhələsinin ikinci turuna start veriləcək.
Matçın start fiti saat 22:00-da veriləcək.
DÇ-2018
A qrupu
22:00. Rusiya - Misir
***
Matç başladı
***
Məhəmməd Salah Misir millisinin start heyətində yer alıb.
***
İlk hissə 0:0 hesabı ilə başa çatır.
***
İkinci hissə başladı
***
Matçda hesab açılır. Fathi 47-ci dəqiqədə avtoqol müəllifi olur.
***
Rusiya Misirin qapısından ikinci qolu keçirir. Çerışev 59-cu dəqiqədə fərqlənir.
***
Rusiya millisi hesabı 3:0 edir. Artyom Dzyuba 62-ci dəqiqədə rəqib qapısına yol tapır.
***
Misir fərqi azaldır. Məhəmməd Salah 73-cü dəqiqədə penaltidən fərqlənir.
***
Matç başa çatır. Rusiya 3:1 hesablı qələbə ilə ilk 1/8 finala yaxınlaşıb. Bunun üçün sabah Uruqvayın Səudiyyə Ərəbistana uduzmaması bəs edəcək.
***
Qeyd edək ki, Misir millisi Rusiyaya 1:3 hesabı ilə uduzmaqla, qrupdan çıxmaq şanslarını demək olar ki, itirib.