Salahın qolu Misiri liderliyə yüksəltdi - Video

salahin-qolu-misiri-liderliye-yukseltdi
Oxunma sayı: 2500

Arika Millət Kubokunun seçmə mərhələsində 5-ci turun oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, J qrupunda ikinci pillədə yer alan Misir yığması qrupda bütün oyunlarda qalib gələn lider Tunisi qəbul edib.

5 qolun vurulduğu matçda qalib gələn tərəf Misir olub. Hesab 2:2 olarkən meydan sahibinə qələbə gətirən qolu son dəqiqələrdə Məhəmməd Salah vurub.

Misir qələbə sayəsində xalını Tunislə bərabərləşdirib və top fərqinin daha yaxşı nisbətinə görə liderliyi ələ keçirib.

Misir - Tunis - 3:2

Qollar: 13 - Sliti (0:1), 32 - Trezege (1:1), 60 - Əl-Məhəmmədi (2:1), 72 - Sliti (2:2), 90 - Salah (3:2)