“Salat və qəhvəyə 30 dollar verdik”

salat-ve-qehveye-30-dollar-verdik
Oxunma sayı: 2132

Məşhur aparıcı Hüsniyə Məhərrəmova “Eurovision 2019” mahnı müsabiqəsinin nümayəndə heyətinin rəhbərlərinin görüşü ilə bağlı İsrailə gedib. 

“Qafqazinfo” xəbər verir ki, instaqramda video paylaşan aparıcı Təl-Əvivdə hər şeyin baha olmasından şikayətlənib.

Hüsniyə bildirib ki, kofe və salat üçün 30 dollarından keçməli olub: “Bura o qədər yaxşıdır ki...İsti hava, çimərlik, sörfinq sürən qəşəng oğlanlar, bir sözlə əladır. Bircə hər şey çox bahadır. Otelimizin yanında balaca gürcü restoranı var. Bir ədəd xəngəl 5, bir qədəh şərab 15 dollardır. Dünən isə bir boşqab salat və bir fincan qəhvəyə 30 dollar verdik”.