“Şalke”nin baş məşqçisi istefaya göndərildi

salkenin-bas-mesqcisi-istefaya-gonderildi
Oxunma sayı: 1225

Almaniyanın “Şalke” klubunun baş məşqçisi Domeniko Tedesko istefaya göndərilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb. 

“Tedeskonun qovulması ilə bağlı qərar vermək çətin idi. Biz onun “Şalke”nin inkişafındakı töhfələrini dəyərləndiririk. Ötən mövsüm komanda onun rəhbərliyi altında böyüdü, klub Bundesliqanın turnir cədvəlində ikinci yeri tutdu” deyə klubun bəyanatında qeyd edilir. 

Qeyd edilir ki, onun qovulmasına səbəb indiki mövsümdə nəticələrin pisləşməsi olub. 

“Qeyd edək ki, “Şalke” 25 turdan sonra 23 bal toplayıb və Almaniya çempionatının turnir cədvəlində 14-cü yeri tutub. 

Çempionlar Liqasının 1/8 final oyunlarının cavab matçında isə klub Tedeskonun rəhbərliyi altında “Mançester Siti” qarşısında 0:7 hesabı ilə ağır məğlubiyyətə uğrayıb.