Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlandı

salome-zurabisvilinin-gelirleri-ve-emlaki-aciqlandi
Oxunma sayı: 1848

Gürcüstan prezidenti Salome Zurabişvilinin gəlirləri və əmlakı açıqlanıb. 

"Qafqazinfo" gürcü KİV-nə istinadən xəbər verir ki, 2018 ci ilin bəyannaməsinə əsasən, Salome Zurabişvili il ərzində Fransa yığcamlı pensiya məvacibindən 39,847,55 avro qazanır. Bu da, təxminən ayda 3 320 avroya bərabərdir. 

Məhz Fransa pensiyasına arxalanaraq xanım Zurabişvili Gürcüstan prezidentliyinin 13 000 larilik aylıq maaşından imtina edib. 

Fransa pensiyasından başqa Salome Zurabişvilinin 2018 ci il gəlirləri aşağıdakılardan ibarətdir:      

Gürcüstan Prezidenti postunda (16.12.2018-ci ildən 31.12.2018-ci ilədək) - 2 891.42 lari.

Gürcüstan Parlamentinə üzvlük ərzində (01.01.2018-ci ildən 16.12.2018-ci ilədək) -  55 128 lari; 

Bina kirayə vermək yolu ilə - 29 000 avro.              

Daşınan və daşınmaz əmlakı      

Fransanın paytaxtında ev 60 kv.m;             
Tbilisidə yaşayış evi - 126,33 kv.m;   
Tbilisi torpaq ərazisi 235 kv.m

2016 cı ildə 17 000 dollar dəyərində Hyundai 2012 avtomobili alıb.  

Banklarda olan pul hesabları: 

"Societe generale Paris"də aktiv olan hesabı 8 394.64 avro;          
Gürcüstan bankı 35 594 dollar;                          
Gürcüstan bankı qüvvədə olan maaş hesabında 9 016.46 lari;          
Gürcüstan bankı aktiv hesabda 2 811 avro.