Salyana qaz verilməsi dayandırılacaq

salyana-qaz-verilmesi-dayandirilacaq-
Oxunma sayı: 669

Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yaydığı məlumatda deyilir.

Təmir işləri aparılan müddətdə Salyan şəhəri daxil olmaqla, rayonun Aşağı Kürkənd, Çuxanlı və Qaraqaşlı kəndlərinə təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Qazın verilişində məhdudiyyət “Salyan-Əhali” qovşağından Salyan rayonuna gedən orta təzyiqli kəmərin qazla təchizatının dayandırılması ilə əlaqədardır.

Azərbaycan ərazisində qazın nəqli və satışı məsələləri ilə ARDNŞ-nin “Azəriqaz” İstehsalat Birliyi məşğul olur.