Salyanda “07” “Mercedes”lə toqquşdu - Sürücü və qardaşı xəsarət aldı+ Fotolar

salyanda-07-mercedesle-toqqusdu
Oxunma sayı: 1249

Bu gün axşam saatlarında Salyan rayonunun “Stansiya” yaşayış massivinin 20 Yanvar küçəsində iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo”nun Virtualaz.org-a istinadən məlumatına görə, həmin massivin 29 yaşlı sakini Həsrət Məmmədqulu oğlu Məmmədovun idarə etdiyi 52-BH-424 dövlət nömrə nişanlı “VAZ 2107” ilə 90-RD-263 dövlət nömrə nişanlı “Mercedes C” markalı avtomaşın qarşı-qarşıya toqquşub. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan sürücü Həsrət Məmmədov və sərnişini olan qardaşı, 26 yaşlı Nemət Məmmədov Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırmalara başlanılıb.